Haqqımızda
Aşur Bədəlsoy və Rəhim Xoyski tərəfindən təsis edilən "Hüququm Var" 2021-ci ildən fəaliyyət göstərən hüquqi xidmətlər komandasıdır.
Gündəlik praktikamızda gördük ki, insanların çoxu hüququnun pozulduğunu ya gec anlayır, ya da ilk addımı necə atacağını bilmir. Buna görə 2024-cü ildə huququmvar.az rəqəmsal platformasını yaratdıq. Məqsədimiz peşəkar hüquqi biliyi hər kəs üçün əlçatan etməkdir.
Hər kəs öz hüququnu bilməli və onu qorumağı bacarmalıdır.
Biz hüququ mürəkkəb terminlərdən çıxarıb anlaşıqlı dilə çeviririk və sizə lazım olan anda doğru istiqaməti göstəririk. Məsələ peşəkar müdaxilə tələb etdikdə isə işi hüquqşünas və vəkillərimiz öz üzərinə götürür.
Nə edirik
Xidmətlərimizin tam siyahısı ilə Fərdi xidmətlər və Korporativ xidmətlər səhifələrində tanış ola bilərsiniz.
Şirkətlər
Hüquqi şəxslərə şirkətin yaradılmasından ləğvinə qədər bütün mərhələlərdə dəstək veririk. Bu dəstəyə müqavilələrin hazırlanması və ekspertizası, tenderlər, vergi və gömrük məsələləri, əmək münasibətləri və kommersiya mübahisələri daxildir. Aylıq abunə əsasında daimi hüquqi xidmət də təklif edirik.
Korporativ xidmətlərFərdi şəxslər
Fiziki şəxslərin ailə, mənzil və daşınmaz əmlak, vərəsəlik, kredit və ipoteka, əmək, sığorta, inzibati və cinayət işləri üzrə hüquqlarını müdafiə edirik.
Fərdi xidmətlərMiqrasiya
Miqrasiya sahəsində Azərbaycanda yaşayan və işləyən əcnəbilərə, onları işə götürən şirkətlərə və xaricdə təhsil almaq, işləmək istəyən vətəndaşlarımıza hüquqi dəstək göstəririk.
Miqrasiya xidmətləriMəhkəmə
Müştərilərimizi birinci instansiya məhkəmələrində, apellyasiya məhkəmələrində və Ali Məhkəmədə təmsil edirik.
Bizimlə əlaqəHüququm Var rəqəmsal platforması
2024-cü ildən komandamızın praktik təcrübəsi rəqəmsal formada da istifadənizdədir. Platforma hüquqi köməyə ehtiyacı olan vətəndaşlar, sahibkarlar, hüquq tələbələri və gənc hüquqşünaslar üçün nəzərdə tutulub.
Virtual köməkçi
Virtual köməkçi Azərbaycan qanunvericiliyi əsasında işləyən, günün istənilən saatında əlçatan olan hüquqi köməkçidir. Onunla aşağıdakıları edə bilərsiniz.
Abunəlik əldə etməklə virtual köməkçidən limitsiz istifadə edə bilərsiniz.
Sual ver- Hüquqi suallarınıza cavab almaq. Vəziyyətinizi adi dillə təsvir edin. Köməkçi məsələyə hansı qanunvericiliyin tətbiq olunduğunu və hansı hüquqlara malik olduğunuzu izah edəcək.
- Qüvvədə olan normaları tapmaq. Konstitusiya, Mülki, Mülki Prosessual, Əmək, Ailə, İnzibati Xətalar və digər məcəllələrin müvafiq maddələrini göstərir və sadə dillə şərh edir.
- Hüquqi terminləri anlamaq. Məhkəmə qərarlarında, müqavilələrdə və rəsmi məktublarda rast gəldiyiniz anlaşılmaz ifadələri izah edir.
- Növbəti addımı müəyyən etmək. Hansı orqana və ya məhkəməyə müraciət etməli olduğunuzu, müraciətin qaydasını və əhəmiyyətli müddətləri göstərir.
- İddiaçı qismində sənəd hazırlamaq. Dövlət orqanlarına müraciətlər, iddia ərizələri, vəsatətlər, apellyasiya və kassasiya şikayətləri tərtib etməyə kömək edir.
- Müdafiə tərəfi qismində sənəd hazırlamaq. Barənizdə iddia qaldırıldıqda və ya qərar qəbul edildikdə iddiaya etiraz, qarşılıqlı iddia ərizəsi və qarşı tərəfin şikayətinə etiraz hazırlamağa kömək edir. İnzibati xəta haqqında protokol və ya qərardan şikayət tərtib etməyə də bələdçilik edir.
- Müqavilə və sənədləri başa düşmək. İmzalamazdan əvvəl sənəddəki öhdəliklərinizi və mümkün riskləri anlamağınıza kömək edir.
Ərizə nümunələri
Platformada real məhkəmə praktikasına əsaslanan hazır sənəd nümunələri var. Bunlara iddia ərizələri, qarşılıqlı iddia ərizələri, müxtəlif ərizə formaları, apellyasiya və kassasiya şikayəti formaları daxildir. Nümunələr hər sənədin hansı hissələrdən ibarət olmalı olduğunu və necə əsaslandırılacağını göstərir.
Testlər
Hüquqa giriş, Konstitusiya, Mülki Məcəllə, Mülki Prosessual Məcəllə, Əmək Məcəlləsi və digər mövzular üzrə testlərlə biliklərinizi yoxlaya və nəticəni dərhal görə bilərsiniz.
Ulpian ArenaBloq
Bloqumuzda qanunvericilikdəki dəyişiklikləri, məhkəmə praktikasını və gündəlik həyatda tez-tez qarşılaşılan hüquqi məsələləri anlaşıqlı dillə izah edirik.
Bloqu oxuNiyə Hüququm Var?
Praktik təcrübə
Platformadakı hər ərizə nümunəsi və izah hər gün məhkəmələrdə və danışıqlarda iş aparan hüquqşünasların təcrübəsinə əsaslanır.
Tam spektr
Onlayn ilkin məlumatdan fərdi məsləhətə, oradan da məhkəmədə təmsilçiliyə qədər bütün mərhələlərdə yanınızdayıq.
Anlaşıqlı dil
Mürəkkəb hüquqi terminləri sadə dillə izah edirik ki, hər addımı və onun nəticəsini aydın başa düşəsiniz.
Məxfilik
Bizə etibar etdiyiniz məlumatlar qanunvericiliyə və peşə etikası qaydalarına uyğun olaraq qorunur.
Virtual köməkçinin cavabları və platformadakı materiallar məlumat xarakterlidir və konkret iş üzrə peşəkar hüquqi yardımı əvəz etmir. Məsələniz mürəkkəbdirsə, yaxud cinayət işi və ya böyük maddi maraq söhbət mövzusudursa, komandamızla birbaşa əlaqə saxlamağınızı tövsiyə edirik.