Çatdırılma və Geri Qaytarma Şərtləri
Bu şərtlər RAHA MMC və onun onlayn platforması olan Huququmvar.az üzərindən təqdimolunan xidmətlərin çatdırılması və geri qaytarılması qaydalarını müəyyən edir.
1. Xidmətlərin çatdırılması
• Huququmvar.az platforması vasitəsilə təqdim olunan hüquqi xidmətlər (məsələn: hüquqi məsləhət, sənəd hazırlanması, görüş bronlama və s.) əsasən rəqəmsal şəkildəvə onlayn formatda təqdim olunur.
• Rəqəmsal xidmətlər istifadəçiyə e-poçt, şəxsi kabinet və ya platforma interfeysiüzərindən təqdim olunduğu andan etibarən çatdırılmış sayılır.
• Üz-üzə görüşlər və konsultasiyalar əvvəlcədən bron edilir və razılaşdırılmış tarixdəfiziki olaraq təqdim olunur.
2. Rəqəmsal məhsulların geri qaytarılması
• Rəqəmsal xidmətlər və ya sənədlər (müqavilələr, ərizə nümunələri, hüquqi rəy və s.) təqdim edildikdən sonra geri qaytarıla və ya ləğv edilə bilməz.
• Bunun səbəbi – bu tip xidmətlərin fərdi olaraq hazırlanması və dərhal istifadəyəyararlı olmasıdır.
3. Üz-üzə xidmətlərin ləğvi və geri ödəniş
• İstifadəçi üz-üzə hüquqi xidmətləri (görüş və ya konsultasiya) bron etdikdə, onu ən azı24 saat öncə ləğv etməlidir.
• Əgər ləğv müddətinə əməl olunarsa, ödəniş tam şəkildə geri qaytarılır.
• Ləğv gecikərsə və ya istifadəçi görüşə gəlməzsə, ödəniş geri qaytarılmır.
4. Texniki nasazlıq və xidmətin təqdim olunmaması
• Texniki nasazlıq və ya RAHA MMC tərəfindən xidmətin təqdim olunmaması halında, istifadəçiyə:
o Xidmət təkrar təqdim olunur
o və ya istəyə uyğun olaraq ödəniş tam şəkildə geri qaytarılır
5. Geri qaytarma prosesi
• Ödənişlərin geri qaytarılması maksimum 30 iş günü ərzində istifadəçinin təqdim etdiyibank hesabına və ya ödəniş üsuluna uyğun şəkildə həyata keçirilir.
• Geri qaytarma üçün istifadəçi huquqmvar@gmail.com ünvanına müraciət etməlidir vəsifariş kodunu təqdim etməlidir.
6. Əlaqə
Geri qaytarma və çatdırılma ilə bağlı əlavə suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
E-poçt: huququmvar@gmail.com
Əlaqə nömrəsi: +994 703212010
Vebsayt: www.huququmvar.az